Bank Of Baku

YAP-ın nümayəndə heyəti Çində beynəlxalq partiyalararası konfransda iştirak edib

YAP-ın nümayəndə heyəti Çində beynəlxalq partiyalararası konfransda iştirak edib
# 12 sentyabr 2023 18:29 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.

YAP-dan APA-ya verilən məlumata görə, sentyabrın 12-də nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Çinhay Əyalətinin Partiya Komitəsinin katibi, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü Çen Qanın bu ölkədə səfərdə olan xarici nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə iştirak edib. Görüşdə Çin Xalq Respublikasının inkişaf yolundan və qazanılan nailiyyətlərdən, həmçinin qarşıda duran hədəflərdən ətraflı bəhs edilib. ÇXR-in Sədri, ÇKP-nin baş katibi Si Cinpinin yeni dövrdə Çin xüsusiyyətli sosializm haqqında ideyalarının mahiyyəti və praktiki əhəmiyyəti barədə geniş məlumat verilib.

Görüşdən sonra nümayəndə heyətlərinin rəhbərləri üçün nahar verilib. Daha sonra YAP-ın nümayəndə heyəti "Çin modernləşməsi: cəmiyyət və təbiətin harmoniyası" adlı sərgini ziyarət edib, eyniadlı partiyalararası beynəlxalq konfransda iştirak edib. Konfransda Çin modernizasiyasının səciyyəvi xüsusiyyətləri barədə təqdimat olub. Çıxışlar zamanı vurğulanıb ki, Çin modernləşməsi yeni inkişaf modelidir və xalqların xoşbəxt gələcəyinə hesablanıb. Bundan başqa, Çinin ekologiyanın qorunması sahəsində gerçəkləşdirdiyi layihələr haqqında ətraflı məlumat verilib.

Həmin gün YAP-ın nümayəndə heyəti Sançyanyuan Təbiət Qoruğu və Ekologiya üzrə Böyük Məlumat Mərkəzini də ziyarət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR