Bank Of Baku

Yohannes Han: "Ümid edirəm ki, Azərbaycanla Aİ arasında yeni saziş çox yaxın zamanda imzalanacaq"

Yohannes Han: "Ümid edirəm ki, Azərbaycanla Aİ arasında yeni saziş çox yaxın zamanda imzalanacaq"
# 13 iyun 2019 10:30 (UTC +04:00)

“Azərbaycanla yeni sazişin əldə edilməsi Aİ-nin əsas prioritetlərindən biridir”.

APA-nın məlumatına görə, bu sözləri Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu saziş tərəflər arasında intensivləşən əməkdaşlığın göstəricisi olacaq: “Azərbaycan Aİ-nin əsas tərəfdaşlarından biridir. Bizim üçün önəmlisi Azərbaycanda iqtisadiyyatın diversifikasiyası sahəsində səylərə dəstək verməkdir. Ötən il Azərbaycanda  informasiya texnologiya sektoru 9 faiz artıb. Biz bu artımı dəstəkləməyə davam edəcəyik. Ümid edirəm ki, Azərbaycanla Aİ arasında yeni saziş çox yaxın zamanda imzalanacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR