Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanla Ermənistan arasındakı sülh sazişi layihəsindən danışıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, XİN sözçüsü bugünkü brifinqdə Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqların son raundunun mayın 19-da Moskvada keçirildiyini xatırladıb.
“Hesab edirik ki, XİN başçılarının Moskva danışıqları tərəflər arasında anlaşmanı yaxşılaşdırmağa və bir sıra məsələlər üzrə mövqelərin yaxınlaşmasına imkan verib”, - o əlavə edib.