Hindistanda yanğın binanın çökməsinə səbəb olub, dağıntılar altında qalanlar var

Hindistanda yanğın binanın çökməsinə səbəb olub, dağıntılar altında qalanlar var
# 02 yanvar 2020 11:37 (UTC +04:00)

Hindistanın Dehli şəhərində zavodda baş vermiş yanğın nəticəsində müəssisənin binası çöküb, bir neçə nəfər dağıntılar altında qalıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yanğın bu cümə axşamı səhər saatlarında başlayıb. Xilasetmə əməliyyatı zamanı binada partlayış baş verib ki, bu da onun çökməsinə səbəb olub. Dağıntılar altında qalanlar arasında bir neçə yanğınsöndürən də var.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Ərazidə 35 yanğınsöndürən texnika işləyir.

Yerli KİV-in məlumatıa görə, hadisə zamanı ən azı 14 nəfər yaralanıb. Onlardan 13-ü yanğınsöndürmə briqadasının üzvləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR