Azərbaycan əhalisinin bank əmanətlərində dedollarlaşma davam edib

Azərbaycan əhalisinin bank əmanətlərində dedollarlaşma davam edib
# 02 yanvar 2020 16:02 (UTC +04:00)

Aşağı inflyasiya vә tarazlı valyuta bazarı şәraitindә dedollarlaşma prosesi davam edib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, fiziki şәxslәrin әmanәtlәri üzrә dollarlaşma ilin әvvәlindәki 62,5%-dәn 2019-cu il dekabrın 1-nə 54,1%-ә enib. Noyabrın 1-i ilə müqayisədə isə dedollarlaşma səviyyəsində 1,3 faiz bəndi azalma qeydə alınıb.

Hesabata əsasən, 2019-cu il dekabrın 1-nə fiziki şəxslərin bank əmanətlərinin həcmi 8 681,5 mln. manat, o cümlədən xarici valyutada yerləşdirilən əmanətlərin həcmi 4 693,1 mln. manat ekvivalentində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR