Kommersiya aviareyslərinin qəzaları səbəbindən ölüm hadisələri 50% azalıb

Kommersiya aviareyslərinin qəzaları səbəbindən ölüm hadisələri 50% azalıb
# 02 yanvar 2020 14:10 (UTC +04:00)

Ötən ilin mart ayında Efiopiyada "Boeing 737 MAX" təyyarəsinin qəzaya uğramasına baxmayaraq, kommersiya aviareysləri zamanı qəza səbəbindən qeydə alınan ölüm səviyyəsi 2019-cu ildə 50%-dən çox azalıb.

Bu barədə APA Niderlandın "To70" konsaltinq şirkətinə istinadən xəbər verir.

Konsaltinq şirkətinin mütəxəssisləri bildirir ki, ötən il kommersiya uçuşları zamanı 86, o cümlədən ölümlə nəticələnən 8 qəza hadisəsi baş verib, nəticədə 257 nəfər həlak olub. 2018-ci ildə isə 134 ölüm hadisəsi daxil olmaqla 160 aviaqəza baş verib, 534 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR