Azərbaycan Silahlı Qüvvələrinin əsgəri dünyasını dəyişib

 Azərbaycan Silahlı Qüvvələrinin əsgəri dünyasını dəyişib
# 23 sentyabr 2014 15:05 (UTC +04:00)

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 23-də saat 13.20 radələrində Azərbaycan Silahlı Qüvvələrinin 1996-cı il təvəllüdlü, Yevlax rayonundan hərbi xidmətə çağırılmış əsgəri Sadıqov Pərviz Vidadi oğlu infeksion-toksiki şok, hemorragik vaskulit, visseral forma, ildırım sürətli gedişli diaqnozu ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına daxil olub.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və xəstə saat 15.35 radələrində vəfat edib.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR