Bakı - APA. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyindən APA-ya verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb.
Azay Quliyev növbəti müddətə Şuranın sədri seçilib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev Şuranın sədr müavini, Nərgiz Eyvazova isə katibi seçilib. A. Quliyev Şura üzvləri adından göstərdiyi yüksək etimada görə prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Xatırladırıq ki, Azərbaycan prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli sərəncamı ilə Vüsal Quliyev, İlqar Məmmədov, Zakir Hacıyev, Sahib Məmmədov, Nərgiz Eyvazova, Emin Həsənli, Rufiz Qonaqov, Azay Quliyev, Şahin İsmayılov, Anar Xəlilov və Əliməmməd Nuriyev Şuraya üzv təyin olunub.