Azərbaycanla Makedoniya terrorçuluğun maliyyələşdirilməsinə qarşı birgə mübarizə aparacaq

Azərbaycanla Makedoniya terrorçuluğun maliyyələşdirilməsinə qarşı birgə mübarizə aparacaq
# 15 aprel 2015 06:33 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Aprelin 14-də “Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti və Makedoniya Respublikasının Maliyyə Kəşfiyyatı Ofisi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə məlumatlarının mübadiləsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

APA-Economics”in verdiyi xəbərə görə, Anlaşma Memorandumunu Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin direktoru Adışirin Qasımov və Makedoniyanın Maliyyə Kəşfiyyatı Ofisinin direktoru Vladimir Atanasovski imzalayıblar.

Sənəd cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə iki qurum arasında həyata keçirilən məlumat mübadiləsi prosedurlarını tənzimləyir, eləcə də qurumlar arasında əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə xidmət edir.

“Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti və Makedoniya Respublikasının Maliyyə Kəşfiyyatı Ofisi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə məlumatlarının mübadiləsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması iki dövlətin PL/TMM sahəsində əməkdaşlığa verdiyi önəmin göstəricisi olmaqla bərabər, həm də cinayətkarlığa və terrorçuluğa qarşı qlobal mübarizədə qətiyyətli mövqelərinin və siyasi iradələrinin təzahürüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR