Millimizin futbolçusu: “Bu templə davam etsək, Superliqaya vəsiqə qazanacağıq”

Millimizin futbolçusu: “Bu templə davam etsək, Superliqaya vəsiqə qazanacağıq”
# 11 fevral 2014 09:35 (UTC +04:00)

Bakı – APA. “Bu templə davam etsək, Superliqaya vəsiqə qazanacağıq”. Bu sözləri apasport.az saytına Azərbaycan millisinin futbolçusu Branimir Subaşiç deyib.

Türkiyə çempionatının I divizionunda mübarizə aparan “Orduspor”un şərəfini qoruyan serb əsilli hücumçu komandasının və öz çıxışından razıdır.

Subaşiçin klubu hazırda turnir cədvəlində 4-cü pillədə qərarlaşsa da, liderdən 2 xal geri qalır və ilk “üçlük”də yer alan komandalardan 1 oyun az keçirib: “İşlərimiz yaxşı gedir. Sonuncu turda səfərdə “Manisaspor”u məğlub etdik. Oyuna start heyətdə başladım və ikinci qolun ötürməsini verdim. Bilirsiniz, ön xəttə ən təcrübəli oyunçu olduğumdan, baş məşqçi məndən qol vurmağı deyil, hücumları təşkil etməyimi istəyir. Ona görə də, az fərqlənirəm”.

Sonuncu dəfə ötən il martın 22-də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqla ev oyununda (0:0) forma geyinən və qırmızı vərəqə ilə cəzalanan Subaşiç Berti Foqtsdan dəvət gözləyir.

Forvard ümidini üzmədiyini qeyd edib: “Hamı bilir ki, serb olsam da, Azərbaycan millisində ürəkdən oynamışam. “Orduspor”da əsas heyət üzvüyəm, yaxşı formadayam. Bildiyimə görə, qarşıda Dubay toplanışı var. Foqts dəvət göndərsə, elə sevinərəm ki... Gərək bilməsə belə, qərarına hörmətlə yanaşıram. Ola bilər ki, o, seçimini gənclər üzərində etməyi məqsədəuyğun sayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR