Böyük Britaniyanın baş naziri Obamanın Suriya ilə bağlı mövqeyini dəstəkləyib

Böyük Britaniyanın baş naziri Obamanın Suriya ilə bağlı mövqeyini dəstəkləyib
# 01 sentyabr 2013 03:05 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyanın baş naziri Devid Kemeron ABŞ prezidenti Barak Obamanın Suriya ilə bağlı mövqeyini dəstəkləyib. Qeyd edək ki, B.Obama ABŞ Konqresinin razılığını aldıqdan sonra Suriyaya qarşı hərbi əməliyyatlara başlamaq niyyətində olduğunu bəyan edib.

“Mən Barak Obamanın Suriya ilə bağlı mövqeyini anlayıram və dəstəkləyirəm”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kemeron “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, ötən gün Obama Suriya rejiminə qarşı hərbi əməliyyatın keçirməsinin zəruri olduğunu bəyan edib. Barak Obama həmçinin Suriyada hərbi əməliyyat keçirmək üçün Konqresin razılığını almaq niyyətində olduğunu qeyd edib. Bundan sonra Nümayəndələr Palatasının spikeri Con Beyner bildirib bildirib ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Suriyaya qarşı hərbi əməliyyat məsələsini sentyabrın 9-dan tez müzakirəyə çıxarmayacaq.

Qeyd edək ki, Britaniya parlamenti avqustun 30-na keçən gecə baş nazir Devid Kemeronun Suriyaya hərbi müdaxilə barədə təklifini qəbul etməyib. Baxmayaraq ki, səsvermə tövsiyə xarakteri daşıyıb, Devid Kemeron qeyd edib ki, bundan sonra o addımlarını parlamentin mövqeyinə uyğun atacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR