“Bolkart” sahibləri üçün nağdlaşdırma kampaniyası elan edilib

“Bolkart” sahibləri üçün nağdlaşdırma kampaniyası elan edilib
# 11 oktyabr 2013 10:34 (UTC +04:00)

Bakı - APA-Economics. “Bank of Baku” Qurban bayramı ərəfəsində “Bolkart” sahibləri üçün nağdlaşdırma kampaniyası elan edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, oktyabrın 11-17-də kartdan pul çıxaran “Bolkart” sahibləri dekabrın 10-dək faizsiz ödəniş imkanı qazanır.

Maksimal nağdlaşdırma məbləği 1 000 manat təşkil edir. Nağdlaşdırmanın komissiya haqqı 4%-dir. Elan edilən nağdlaşdırma kampaniyası Qurban bayramında insanların nağd pula ehtiyaclarını qarşılamış olacaq. Nağdlaşdırma kampaniyası zamanı adi “Bolkart”, “MasterCard” loqolu “Bolkart”, “Nar-Bolkart” və “Bakcell Bolkart”, tərəfdaş şirkətlərin xüsusi “Bolkartlar”ı, üzərində “500 AZN” olan adi və “MasterCard” loqolu “Bolkart” (müştərinin müsbət tarixçəsi formalaşandan sonra) kimi kart növlərindən nağd pul çıxarmaq olar.

Qeyd edək ki, hazırda 150 mindən çox Azərbaycan vətəndaşı Bolkart-dan istifadə edir və bu rəqəm hər gün artır. Adi “Bolkart”dan minlərlə yerli dükanda, “MasterCard” loqolu “Bolkart”dan isə xarici ölkələrdəki “MasterCard” loqosu olan ticarət mərkəzlərində, həmçinin internetdə alış-veriş üçün istifadə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR