«Bank of Azerbaijan»ın aktivləri son bir ildə 73% artıb

«Bank of Azerbaijan»ın aktivləri son bir ildə 73% artıb
# 28 noyabr 2013 13:02 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Bank of Azerbaijan» ASC-nin aktivlərinin həcmi 2013-cü il oktyabrın 1-nə 387,127 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 73,2% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 88,3% artaraq 338,903 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 40,815 mln. manat təşkil edib ki, bu da 2012-ci il oktyabrın 1-nə nisbətən 7,2% azdır.

Bankın depozit portfeli son bir ildə 28,2% artaraq 167,474 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 79,239 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 19,5% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 2,1 dəfə artaraq 57,947 mln. manat, o cümlədən nizamnamə kapitalı 49,3% artaraq 50,000 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 28,7% artaraq 29 573, o cümlədən fiziki şəxslərin sayı 29,5% artaraq 26 833, hüquqi şəxslərin sayı 17,3% artaraq 2 740 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il oktyabrın 1-nə 5 032-yə bərabər olub ki, bu da illik müqayisədə 33,8% azdır. O cümlədən, debet kartların sayı 42,5% azalaraq 3 396-ya, kredit kartların sayı 3,3% azalaraq 1 636-ya düşüb.


Hazırda bankın ölkə üzrə 17 filialı, 39 bankomatı, 1 928 POS-terminalı fəaliyyət göstərir. Bankın 310 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR