AZAL Bakı-Simferopol aviareysi üzrə uçuşları payız-qış mövsümündə də davam etdirəcək

AZAL Bakı-Simferopol aviareysi üzrə uçuşları payız-qış mövsümündə də davam etdirəcək
# 02 oktyabr 2013 06:53 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bunu “SW Travel” turizm şirkətinin Ukrayna nümayəndəliyinin direktoru Aleksandr Lisovik Krımın turizm və kurortlar naziri Aleksandr Liyevlə görüşündə bildirib.

O, sözügedən aviareysin 2014-cü ildə yeni inkişaf səviyyəsinə qədəm qoyacağına ümid etdiyini söyləyib: “Biz bu perspektivli xəttə gələcəyə investisiya kimi baxırıq”.

Qeyd edək ki, AZAL Bakı-Simferopol aviareysi üzrə uçuşlara 2012-ci ilin iyulunda start verib. Uçuşlar kurort mövsümündə - iyul-sentyabr aylarında həftədə bir dəfə, həftənin bazar ertəsi günləri həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR