“DəmirBank” pul köçürmə sistemləri üzrə aksiyanın vaxtının uzatdı

“DəmirBank” pul köçürmə sistemləri üzrə aksiyanın vaxtının uzatdı
# 04 aprel 2014 08:17 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “DəmirBank”-da “Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası 31 may 2014-cü il tarixədək uzadılıb.

Aksiyanın şərtlərinə əsasən, bankın filiallarında ən azı 500 AZN/USD/EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN/USD/EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur.

“DəmirBank” əhaliyə 200-dək ölkə üzrə Western Union, Contact, Coinstar, Migom, Blizko, Lider, PrivatMoney, UPT, Monex və Şimşək sistemləri ilə beynəlxalq pul köçürmə xidmətlərini təklif edir.

Ölkənin ilk kommersiya bankı olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə sahibdir.

Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqləri sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR