Bakıda Türkiyə Mədəniyyət Günləri çərçivəsində foto-sərgilərin açılışı olub - FOTO

Bakıda Türkiyə Mədəniyyət Günləri çərçivəsində foto-sərgilərin açılışı olub - <span style="color: red;">FOTO
# 24 noyabr 2014 16:09 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bu gün Muzey Mərkəzində "Əl sənətləri", "Qadın Başlığı" və "Türkiyədən Rənglər" foto-sərgilərinin açılışı olub.

APA-nın məlumatına görə, sərginin açılışında iştirak edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, sərgi Türkiyənin Azərbaycanda keçirilən mədəniyyət günləri çərçivəsində baş tutub.

"Sərgidə son dərəcə diqqət çəkən foto-əsərlər, əl işləri nümayiş olunur. Mən sərgi ilə tanış olanda, bir çox işlərə baxıb heyrətləndim. Mədəniyyət günləri çərçivəsində digər tədbirlər də baş tutacaq və əminəm ki, mədəniyyət günləri azərbaycanlı sənətsevərlərin yaddaşında dərin iz buraxacaq".

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun isə Azərbaycanda Türkiyə Mədəniyyət Günlərinin keçirilməsini iki ölkə arasındakı mədəni əlaqələrin inkişafı baxımından əlamətdar hadisə adlandırıb. Səfirin sözlərinə görə, Türkiyə digər ölkələrdə mədəniyyət günləri keçirsə də, Azərbaycanda baş tutan silsilə tədbirlər Türkiyə tərəfi üçün daha vacibdir: "Dünən mədəniyyət günlərinin açılışında Türkiyənin mədəniyyət və turizm naziri də vurğuladı ki, bu tədbirlərin məhz Azərbaycanda keçirilməsi bizim üçün qürurvericidir. Eyni fikirləri mən də bölüşürəm və hər kəsdən xahiş edirəm ki, öz yaxınlarına, dostlarına xəbər etsinlər, bizim rəssamların və sənətçilərin əl işləri ilə daha çox insan tanış olsun".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR