APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün saat 07:49-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri Dənizkənarı Milli Parkda, nəzarətsiz ərazidə (ən yaxın xilasetmə məntəqəsindən 2 km aralıda) bir nəfər intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.
Dərhal “Bakı mərkəz” sularda xilasetmə məntəqəsinin 3 nəfər xilasedicisi, “Dalğa” kateri və xüsusi avadanlıqlarla hadisə yerinə çıxıb və vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 08:00-da başa çatıb.