Liviyada yaraqlılar Tripoli beynəlxalq hava limanını ələ keçiriblər - VİDEO

Liviyada yaraqlılar Tripoli beynəlxalq hava limanını ələ keçiriblər - <span style="color: red;">VİDEO
# 24 avqust 2014 00:07 (UTC +04:00)

APA TV-nin məlumatına görə, silahlılar hava limanını tam nəzarətə götürüblər, aeroport yaxınlığındakı strateji "Ən Nəqliyyə" düşərgəsini də tutublar. Tripoli hava limanı ətrafında döyüşlər ötən aydan davam edirdi. Avqustun 13-dən aeroport fəaliyyətini dam dayandırmışdı.

Liviya parlamenti mülki əhalinin qorunması üçün BMT Təhlükəsizlik Şurasına müraciət edib. Millət vəkillərindən biri deyib ki, müraciət BMT-yə çatsa da, bununla bağlı qərarın nə vaxt veriləcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Liviya parlamenti avqustun 13-də keçirilən toplantıda dövlət qurumlarının və mülki əhalinin qorunması üçün beynəlxalq müdaxilə təklifini səsverməyə çıxarmışdı. 124 millət vəkilindən 111-i beynəlxalq müdaxilənin lehinə səs vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR