Abşeronda baş verən yol qəzasında sürücünün anası ölüb

Abşeronda baş verən yol qəzasında sürücünün anası ölüb
# 31 mart 2015 10:20 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 30-da saat 15 radələrində Abşeron rayonunun Təzəkənd kəndində Bakı şəhər sakini Tural İsgəndərovun idarə etdiyi “VAZ-2106” və Şəki rayon sakini İlqar Həmzətovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.

T. İsgəndərovun sərnişini, anası Ətirə İsgəndərova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib .

Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR