Beynəlxalq Prokurorlar Assosiasiyasının baş ofisinin nümayəndəsi Azərbaycanda səfərdə olub

Beynəlxalq Prokurorlar Assosiasiyasının baş ofisinin nümayəndəsi Azərbaycanda səfərdə olub
# 04 aprel 2013 13:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Beynəlxalq Prokurorlar Assosiasiyasının baş ofisinin nümayəndəsi Azərbaycana səfər edib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 3-4-də Azərbaycan Respublikası Baş Prokurorluğunun və Hərbi Prokurorluğun təşkilati üzv və 200-dən artıq prokurorluq əməkdaşının fərdi üzv olduğu assosiasiyanın baş ofisinin nümayəndəsi xanım Yanne Holst Hübner Bakıda işgüzar səfərdə olub.

Səfər çərçivəsində xanım Y. Hübner Baş Prokurorluğun, tabe rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqların əməkdaşları ilə bir sıra görüşlər keçirib, quruma fərdi üzv qəbul edilən prokurorluq əməkdaşlarına assosiasiyanın üzvlük vəsiqələrini təqdim edib.

Tədbirlərdə cinayətkarlığa qarşı mübarizədə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsində assosiasiyanın əhəmiyyətli rolu vurğulanıb, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, bu istiqamətdə fəallığın artırılmasının zəruriliyi qeyd edilib.

Bundan başqa, beynəlxalq səviyyədə əlaqələrin daha da inkişaf etdirilməsində xüsusi rol oynayan assosiasiyanın veb-saytının rus dilində olan versiyasının təkmilləşdirilməsinə, zəruri virtual şəraitin təşkil olunmasına, eləcə də prokurorluq əməkdaşlarının saytdan daha səmərəli şəkildə istifadəsinə dair müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR