Folklend sakinləri Böyük Britaniyanın tərkibində qalmağa səs veriblər

 Folklend sakinləri Böyük Britaniyanın tərkibində qalmağa səs veriblər
# 12 mart 2013 11:25 (UTC +04:00)

APA-nın “France Presse”yə istinadən yaydığı məlumata görə, seçicilərin 98,8 faizi Böyük Britaniya ərazisinin statusunun qorunub saxlanmasına səs veriblər. Bunun əleyhinə cəmi üç nəfər səs verib. 1672 seçicidən 1517 nəfər, yaxud səsvermə hüququna malik vətəndaşların 92 faizi referendumda iştirak edib. Ümumxalq səsverməsi adalara qarşı ərazi iddiası irəli sürən Argentinaya cavab olaraq keçirilib. Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq nəticələri alqışlayıb. Buenos-Ayresdə isə hesab edirlər ki, Folklend adalarında keçirilmiş referendum legitim deyil. Argentinanın Londondakı səfiri Alisiya Kastro bildirib ki, ada sakinlərinin Britaniya vətəndaşı olmaq arzusuna hörmətlə yanaşır, lakin o vətəndaşların yaşadığı ərazi Böyük Britaniyaya məxsus deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR