İstiqlal və xalça muzeylərində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

İstiqlal və xalça muzeylərində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
# 14 iyun 2012 11:08 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan İstiqlal Muzeyində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil olunub. APA-nın məlumatına görə, tədbirdə Fuad Əlişovun rejissoru olduğu, Heydər Əliyev haqqında film nümayiş edilib. Sonra qonaqlar Heydər Əliyevin fəaliyyətini əks etdirən muzeyin ekspozisiyası ilə tanış olublar.
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi sənəti Dövlət Muzeyində də eyni məqsədi “Mədəniyyətimizin hamisi” adlı tədbir keçirilib. Tədbir çərçivəsində Heydər Əliyevin muzeyin açılışında və simpoziumda iştirakını və eləcə də müxtəlif sənətkarlarla görüşlərini əks etdirən “Heydər Əliyev və Azərbaycan xalçaçılıq sənəti” mövzusunda foto-sərgi təşkil olunub və iştirakçılara mövzu ilə bağlı mühazirə oxunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR