SKMF Zərdab rayonunda investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Zərdab rayonunda investisiya layihələrinin qəbuluna başlayıb
# 10 mart 2012 14:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Zərdab rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. SKMF-dan “APA-Economics”ə verilən məlumata görə, fond tərəfindən Zərdab rayonu üzrə sahibkarlıq subyektlərindən pambıqçılıq təsərrüfatlarının, intensiv nar bağlarının, kiçik və orta həcmli çörək istehsalı müəssisələrinin, kiçik və orta həcmli meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Sahibkarların istəyinə əsasən kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR