Müdafiə Nazirliyi Azərbaycan Ordusunun iki əsgərinin bədbəxt hadisə nəticəsində ölməsi barədə məlumatı təsdiqləyib

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun iki əsgərinin bədbəxt hadisə nəticəsində ölməsi barədə məlumatı təsdiqləyib
# 06 iyun 2012 07:01 (UTC +04:00)
Bədbəxt hadisə nəticəsində Azərbaycan Ordusunun iki əsgəri dünyasını dəyişib, 1 hərbi qulluqçu isə yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayevin APA-ya verdiyi məlumata görə, əsgərlərin üzərinə beton plitə düşüb.

Xəstəxanaya çatdırılan əsgərləri xilas etmək mümkün olmayıb. Bədbəxt hadisə nəticəsində həlak olan əsgərlərdən biri Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Emin Quliyev digəri isə Ağdaş rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Orxan Hüseynovdur.

Zərərçəkmiş hərbi qulluqçu Elnur Keçəlov isə xəstəxanaya yerləşdirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR