DİN Qazax rayonunda 2 nəfərin öldüyü, 1 nəfərin isə yaralandığı yol qəzası barədə məlumat yayıb

DİN Qazax rayonunda 2 nəfərin öldüyü, 1 nəfərin isə yaralandığı yol qəzası barədə məlumat yayıb
# 27 oktyabr 2012 09:30 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Daxili İşlər Nazirliyi Qazax rayonunda 2 nəfərin ölümü, 1 nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 26-da saat 04.00 radələrində Qazax rayonu ərazisində Gürcüstan vətəndaşları Bəxtiyar Tağıyevin idarə etdiyi «Mercedes-Vita» markalı mikroavtobusla Ənvər Abbasovun idarə etdiyi «Scania» markalı yük avtomaşını toqquşub.

Nəticədə xəsarət almış B.Tağıyev, sərnişinləri - Qazax rayon sakinləri, arvadı Nana və qızı Səidə xəstəxanaya yerləşdirilib. Nana və Səidə orada ölüb. Qazax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR