Polşa 2016-cı ilə qədər avrozonaya qoşulmayacaq

Polşa 2016-cı ilə qədər avrozonaya qoşulmayacaq
# 21 fevral 2012 14:13 (UTC +04:00)
Bakı - APA-Economics. Polşa öz milli valyutasını - zlotını 2016-cı ilə qədər avroya dəyişdirməyəcək. “APA-Economics”in xəbərinə görə, bu barədə Polşa Mərkəzi Bankının rəhbəri Marek Belka bankın saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, polyaklar avronun böhranını nəzərə alaraq zlotını Avropa Birliyinin (AB) valyutasına dəyişmək istəmirlər: “Bu gün avro bizim üçün əvvəlki kimi cəlbedici deyil. Ona görə də səlahiyyət müddətimin bitdiyi 2016-cı ilə qədər Polşada avro tətbiq edilməyəcək”.

Qeyd edək ki, AB-yə üzvlük haqqında saziş Polşanın üzərinə avrozonaya qoşulmaq öhdəliyi qoyur. Lakin büdcə kəsiri və milli valyutanın qeyri-stabilliyi səbəbindən Polşa avrozonaya qoşulmaq kriteriyalarına cavab vermir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR