Kirsan İlyumjinov: “İlham Əliyev dünyada yeganə prezidentdir ki, şahmatın inkişafı ilə bağlı dövlət proqramı imzalayıb”

Kirsan İlyumjinov: “İlham Əliyev dünyada yeganə prezidentdir ki, şahmatın inkişafı ilə bağlı dövlət proqramı imzalayıb”
# 03 aprel 2012 11:00 (UTC +04:00)
Bakı – APA. “Azərbaycan Şahmat Federasiyasına, Gənclər və İdman Nazirliyinə, xüsusilə, Azərbaycanın dövlət başçısı İlham Əliyevə xüsusi təşəkkürümü bildirirəm. Çünki FİDE-yə üzv olan 198 ölkə arasında İlham Əliyev dünyada yeganə prezidentdir ki, şahmatın inkişafı ilə bağlı dövlət proqramı imzalayıb”. Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov deyib.

FİDE rəhbəri 2013-cü ilin martında Böyük Britaniyanın paytaxtı London şəhərində keçiriləcək şahmat tacına iddiaçılar turniri ilə bağlı müqavilə sənədlərinin imzalanma mərasimində Azərbaycanın şahmatın populyarlaşmasına böyük dəstək verdiyini bildirib.

İlyumjinov iddiaçıların turnirinə ev sahibliyi etmək üçün Azərbaycan və Bolqarıstanın namizədliyini verdiyini bir daha xatırlayıb. O, yarışın ölkəmizdə keçirilməsi üçün etiraz edən erməni Levon Aronyanın açıq məktub yazmasına da toxunub: “Teymur Rəcəbov dünyanın ən güclü şahmatçılarındandır. İddiaçılar turnirində də ölkənizi layiqincə təmsil edəcəyinə ümidvaram. Sifariş Ərizələri Azərbaycan və Bolqarıstanla yanaşı, AGON-dan gəldi. Prezident Şurasının iclasına bir neçə gün qalmış Levon Aronyanın ultimatum xarakterli bəyanatı yayıldı. FİDE belə ultimatumları qəbul etmir. Bu məktuba şurada baxılmadı. Siyasi sərhədləri keçən ultimatum Rəcəbovla Aronyan qarşılaşsa, biz Elistanı – mənim doğma şəhərimi təklif etməyə hazırıq”.

FİDE prezidenti yalnız ölkələrin şərtlərinə baxıldığını və şura Bakı və Londonu dəstəklədiyini vurğulayıb: “Bütün təklikləri nəzərə alaraq turnirin gələn il Londonda keçirilməsinə qərar verdik. SOCAR-a da təşəkkür edirəm. Bu, yaddaqalan olay olacaq. SOCAR isə layiqli reklam imici qazanacaq”.

Qeyd edək ki, iddiaçıların turniri martın 13-31-də Londonda keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR