Beynəlxalq Sığorta Şirkəti yeni ISO sertifikatı alıb
24 may 2012 08:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Dünyada ekspertiza və sertifikatlaşdırma sahəsində tanınmış SGS şirkəti tərəfindən Beynəlxalq Sığorta Şirkətinin (BSŞ) ISO 9001:2008 beynəlxalq standartına uyğunluğunun təsdiqlənməsi üçün növbəti audit keçirilib.
BSŞ-dən «APA-Economics»ə verilən məlumata görə, audit müştərilərin BSŞ tərəfindən təqdim olunan məhsul və xidmətlərdən məmnunluq səviyyəsinin artırılması məqsədilə şirkətdə keyfiyyətin idarəetmə sisteminin standartın bütün tələblərinə uyğunluğunun yoxlanılması üçün keçirilib.
Audit zamanı keyfiyyət menecmenti sisteminin planlaşdırılmasının və tətbiqinin səmərəliliyi və şirkətin siyasətində əks olunmuş məqsədlərə nail olunmasında effektivliyi yoxlanılıb. Müvəffəqiyyətlə yekunlaşan yoxlama zamanı keyfiyyət menecmenti sisteminin inkişafında şirkət əməkdaşlarının yüksək peşəkarlığının rolu qeyd olunub.
Yoxlama nəticəsində şirkətin layiq görüldüyü ISO 9001:2008 beynəlxalq standartına uyğunluq sertifikatı sayca üçüncüdür. Əvvəlki sertifikatlar şirkətə 2006-cı və 2009-cu illərdə verilib və 2006-cı ildən etibarən hər il SGS şirkətinin mütəxəssisləri tərəfindən Beynəlxalq Sığorta Şirkətində nəzarət auditi keçirilir.
Qeyd edək ki, BSŞ Azərbaycanın sığorta bazarının böyük sığorta şirkətlərindən biridir. Şirkət Azərbaycan Beynəlxalq Bankı tərəfindən 2002-ci ildə təsis edilib və hazırda müştərilərinə 34 növ sığorta xidməti göstərir.

Maliyyə
AMB: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
11:53
18 may 2024
Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var
11:08
18 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
18 may 2024
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024