İranın SAPCO şirkəti Bakıda nümayəndəlik açacaq

İranın SAPCO şirkəti Bakıda nümayəndəlik açacaq
# 15 sentyabr 2016 21:17 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev-APA. SAPCO şirkəti yaxın bir il ərzində Bakıda nümayəndəlik açacaq. Bunu APA-nın Iran bürosuna açıqlamasında SAPCO şirkətinin baş direktoru Hüseyn Nəccari deyib.

H. Nəccari deyib ki, SAPCO şirkəti İran-Azərbaycan müştərək avtomobilqayırma zavodunu hissələrlə təmin edəcək. “Avtomobil hissələri çox keyfiyyətli olacaq, biz xarici müştərilərimizi keyfiyyətli hissələrlə təmin etməyi özümüz üçün proritet hesab edirik”.

Onun sözlərinə görə, SAPCO şirkəti Azərbaycan və İran müştərək avtomobil istehsalı zavodunun fəaliyyətə başlaması üçün və hissələrin vaxtında çatdırılması üçün qrafik tərtib edib: “Fikrimcə, bu qrafikə əsasən, yaxın bir il ərzində zavod işinə başlayacaq və SAPCO şirkəti öz nümayəndəliyini Azərbaycanda təsis edəcək”.

H.Nəccari SAPCO-nun Azərbaycanla əvvəllər də avtomobil hissələri sahəsində əməkdaşlıq etdiyini bildirib.

Qeyd edək ki, SAPCO şirkəti İranın “Xodro” şirkətinin tabeliyində olan ən böyük avtomobil ehtiyat hissələri istehsal edən şirkətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR