Bank Of Baku

CAR İsrailin müvəqqəti işlər vəkilini “persona-non-grata” elan edib

İsrailin Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili Ariel Seidman

© APA | İsrailin Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili Ariel Seidman

# 30 yanvar 2026 16:23 (UTC +04:00)

Cənubi Afrika Respublikası (CAR) İsrailin müvəqqəti işlər vəkili Ariel Seidmanı “persona-non-grata” (arzuolunmaz şəxs) elan edib.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə CAR Xarici İşlər Nazirliyi məlumat yayıb.

Diplomatdan 72 saat ərzində ölkəni tərk etməsi tələb olunub.

Seidman “diplomatik qaydaların pozulması və CAR-ın suverenliyinə təhdid yaradan fəaliyyət”də ittiham edilir.

“Bu əməllərə İsrail sosial media platformalarından CAR Prezidenti Siril Ramafosaya qarşı təhqiramiz hücumların edilməsi və İsrail rəsmilərinin səfərləri ilə bağlı Xarici İşlər Nazirliyinin məlumatlandırılmaması daxildir”, - XİN-in məlumatında deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR