Nepalda zəlzələ nəticəsində ölənlərin sayı 7800 nəfəri keçib

Nepalda zəlzələ nəticəsində ölənlərin sayı 7800 nəfəri keçib
# 08 may 2015 02:45 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə Nepalın Fövqəladə Hallar üzrə Milli Mərkəzinin yaydığı xəbərdə deyilir.

Bundan əvvəl 7736 nəfərin öldüyü, 15911 nəfərin yaralandığı bildirilmişdi.

Son məlumatlara görə, 67-si əcnəbi olmaqla 7802 nəfər ölüb. Zəlzələ nəticəsində 191 min ev uçub, 175 min ev isə zədələnib.

Zəlzələdən sonra seysmoloqlar 90 təkrar təkan qeydə alıblar. Nepalda baş verən yeraltı təkanlar son 80 ildə ən güclü zəlzələ hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR