Bank Of Baku

“Dakar” rallisi zamanı iki jurnalist ölüb

“Dakar” rallisi zamanı iki jurnalist ölüb
# 10 yanvar 2014 07:20 (UTC +04:00)

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, jurnalistlərin olduğu avtomobil Katamarka şəhərindən San-Migel-de-Tukuman şəhərinə gedərkən hündürlüyü 100 metr olan qayadan yerə düşüb. Nəticədə 20 yaşlı Aqustin Mina və 51 yaşlı Daniel Ambrozio ölüb, “Super Rally” jurnalının iki fotomüxbiri isə yaralanıb.

 

Ölən jurnalistlər rəsmən “Dakar” rallisinə akkreditə olunmasa da, Argentina millisini müşayiət edən media nümayəndələrinin qrupuna daxil olub.

 

Qəzanın baş vermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR