Bakı-APA. Nigeriyanın Mayduquri şəhərində törədilmiş güclü partlayış nəticəsində 17 nəfər ölüb, azı 5 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayıcı quraşdırılmış avtomobil mərkəzi bazar, poçt məntəqəsi və bir sıra dövlət qurumlarının yerləşdiyi küçədə partladılıb.
Qeyd edək ki, Mayduquri şəhəri “Boko Haram” radikal terror təşkilatının fəaliyyət göstərdiyi Borno ştatının paytaxtıdır.