“Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib - VİDEO - FOTOSESSİYA

“Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 19 sentyabr 2014 09:33 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən Kliniki Tibbi Mərkəzdə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbirdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Sularda Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının nümayəndələri iştirak ediblər.

FHN Bakı Regional Mərkəzinin operativ məlumat şöbəsinin rəisi, polkovnik-leytenant Vaqif Teymurov bildirib ki, tədbirdə məqsəd fövqəladə hallar zamanı hərəkət qaydalarını aşılamaq, baş vermiş hadisənin nəticələrinin aradan qaldırılmasında insanlara kömək etməkdir. O qeyd edib ki, fövqəladə hallar zamanı həkimlər özləri ilə yanaşı, xəstələrin də həyatını xilas etməlidirlər: “Ona görə bu istiqamətdə xəstələri də maarifləndirmək lazımdır. Evdə, iş yerində elektrik şəbəkələrini yükləmək olmaz. Ehtiyac olmadıqda, cihazları elektrik şəbəkəsindən ayırmaq lazımdır. Yadda saxlamaq lazımdır ki, istənilən fövqəladə hal baş verdikdə, ilk növbədə işığı və qazı söndürmək lazımdır”.

Mərkəzin həkim personalının iştirak etdiyi nəzəri hissə çərçivəsində FHN Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə, terror zamanı təhlükəsizliyin təmin edilməsi ilə bağlı məlumatlar verilib.

Tədbirdə FHN-in fəaliyyəti, eləcə də dünya ölkələrində baş verən bədbəxt hadisələr zamanı insanların üzləşdiyi problemləri əks etdirən video-çarx nümayiş olunub.

Praktik hissədə isə əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə FHN-in qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə alət və avadanlıqları, eləcə də xəstəxananın həyətində simulyasiya edilmiş partlayıcı qurğunun aşkar edilməsi nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR