Bakı-APA. İndoneziyada, Sumatra adasının qərb sahilində 5,5 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliynə istinadən verdiyi xəbərə görə, zəlzələnin episentri Kaur şəhərindən 36 km cənub-şərqdə, 105 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.
Xatırladaq ki, 2004-cü ildə İndoneziyada baş vermiş zəlzələdə yüz minlərlə insan həlak olub.