Qırğızıstanda mədrəsənin uçması nəticəsində 56 nəfər xəsarət alıb

Qırğızıstanda mədrəsənin uçması nəticəsində 56 nəfər xəsarət alıb
# 03 fevral 2014 15:04 (UTC +04:00)

APA-nın AKİpress-ə istinadən verdiyi məlumata görə, hadisə ölkənin Cəlalabad vilayətində baş verib.

Mədrəsənin imamın yas mərasimi zamanı uçduğu bildirilir. Həmin vaxt orada 700 nəfər olub. Mədrəsənin ikinci mərtəbəsinin çürümüş döşəməsi 150 nəfərin ağırlığına tab gətirməyərək çöküb.

Hadisə nəticəsində ölən olmayıb. Xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR