Ermənistan XİN: Moskvaya səfir göndərilməsi ilə bağlı xəbərlər konfidensial xarakter daşıyır

Ermənistanın Xarici İşlər Nazirliyi

© APA | Ermənistanın Xarici İşlər Nazirliyi

# 04 iyun 2024 15:29 (UTC +04:00)

“Deputat Qurgen Arsenyanın Rusiyaya səfir göndərilməsi və rəsmi Moskvanın buna razılıq verməsi ilə bağlı xəbərlər konfidensial xarakter daşıyır”.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin baş katibi David Karapetyan deyib.

O bildirib ki, belə bir təyinat olarsa, ictimaiyyət bununla bağlı məlumatlandırılacaq.

Bu səpkili xəbərlər bir neçə gün əvvəl yayılıb. “Hraparak” qəzeti yazıb ki, artıq Rusiya tərəfi sözügedən təyinatın gerçəkləşməsinə rəsmən razılıq verib.

Nəşrin yazdığına görə, həmin qərar Nikol Paşinyanın Moskvaya sonuncu səfəri zamanı qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR