Putin Federasiya Şurasının vitse-spikerinə Altay Respublikasının rəhbəri olmağı təklif edib

Andrey Turçak

© APA | Andrey Turçak

# 04 iyun 2024 14:56 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasının sədr müavini Andrey Turçaka Altay Respublikasının rəhbəri olmağı təklif edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Turçak Altay Respublikasına rəhbər vəzifəsini etibar etdiyinə görə Putinə təşəkkür edib.

Qeyd edək ki, Altay Respublikasının rəhbəri Oleq Xoroxordin bu gün yeni iş yerinə keçidlə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR