Roland Kobia: “Azərbaycanda AİDS/HİV xəstəliyi ilə mübarizəyə dair Milli Strategiyanın qəbulu vacibdir”

Roland Kobia: “Azərbaycanda AİDS/HİV xəstəliyi ilə mübarizəyə dair Milli Strategiyanın qəbulu vacibdir”
# 03 dekabr 2012 11:25 (UTC +04:00)

APA-nın məlumatına görə, Avropa Birliyinin Azərbaycanda AİDS-lə mübarizəyə dair maliyyələşdirdiyi layihələrin təqdimat mərasimində çıxış edən Roland Kobia bildirib ki, bu cür strategiyanın qəbulu xəstəliyə qarşı mübarizədə hökumət, QHT-lər və vətəndaş cəmiyyətinin səylərini birləşdirməyə imkan verəcək.

Kobia Azərbaycanda AİDS-HİV-in yayılmasına görə vəziyyətin digər ölkələrlə müqayisədə yaxşı olduğunu bildirib, lakin o gələcəkdə xəstəliyin yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlərin görülməsini zəruri sayır. Səfirin sözlərinə görə, Milli Strategiyanın qəbulu ilə yanaşı, əhalinin bu xəstəlik, onun yoluxma üsulları, profilaktik tədbirlə barədə məlumatlandırılması vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR