Gəncə şəhər sakini dəm qazından zəhərlənib

Gəncə şəhər sakini dəm qazından zəhərlənib
# 24 fevral 2015 21:22 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə dəm qazından zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə şəhər sakini, 1992-ci il təvəllüdlü Esmira İsgəndərova dəm qazından zəhərlənərək Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Dərhal tibbi yardım göstərildikdən sonra 23 yaşlı qızın vəziyyəti normallaşıb. Məlum olub ki, E. İsgəndərova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR