Ötən ay Azərbaycan dövlət sərhədini pozan 47 nəfər saxlanılıb

Ötən ay Azərbaycan dövlət sərhədini pozan 47 nəfər saxlanılıb
# 06 dekabr 2012 12:52 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Cari ilin noyabr ayında Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən dövlət sərhədini pozduğu üçün 29 halda 47 nəfər saxlanılıb. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Saxlanılanlardan 21 nəfəri Azərbaycan, 7 nəfəri Nigeriya, 7 nəfəri Pakistan, 3 nəfəri Gürcüstan, 2 nəfəri İran, 2 nəfəri Özbəkistan, 2 nəfəri Əfqanıstan, 1 nəfəri Türkiyə, 1 nəfəri Qana və 1 nəfəri İsrail vətəndaşı olub.

Ötən ay müxtəlif cinayət əməlləri törətdiklərinə görə barələrində hüquq-mühafizə orqanları tərəfindən axtarış elan olunmuş 177 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.

Sərhəd rejimi qaydalarını pozarkən 7 halda 18 nəfər, sərhəd sularında rejim qaydalarını pozarkən 18 halda 31 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 60 halda ümumi dəyəri təqribən 174 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd AK-74 markalı avtomat silah, 4 ədəd tüfəng, 140 ədəd tüfəng patronu, 11 ədəd tüfəng iynəsi, 4 ədəd pnevmatik tapança, 2 ədəd səsboğucu, 10 ədəd plastik nişangah, 7 ədəd metal nişangah, 39 ədəd zümrüd daş-qaş, 2382 ədəd qızıl və gümüş zinət əşyaları, 1 ədəd 470 qramlıq gümüş kəmər, 195 ədəd mobil telefon, 8 baş iribuynuzlu mal-qara, 1 baş at, müxtəlif növ dərman preparatları, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR