Həmsədrlər Ermənistanın xarici işlər naziri ilə görüşüblər

Həmsədrlər Ermənistanın xarici işlər naziri ilə görüşüblər
# 23 noyabr 2012 16:35 (UTC +04:00)

Bakı – APA. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib. APA-nın “Armenia Today” saytına istinadən verdiyi məlumata görə, E. Nalbandyan diqqəti Azərbaycan rəhbərliyinin bəyanatlarına yönəldib. O bildirib ki, daxili auditoriyaya yönəlməsinə baxmayaraq, bu bəyanatlar danışıqlar prosesinə ciddi zərər verir və bölgədə vəziyyəti gərginləşdirir.

Həmsədrlər isə Xankəndində separatçıların lideri Bako Saakyanla keçirdikləri görüşün yekunları ilə bağlı nazirə məlumat verərək təmas xəttində gərginliyin azaldılması üçün təkliflərini səsləndiriblər.

ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrda Dublində keçiriləcək yığıncağı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmsədrlərlə görüşünün təşkili imkanları da müzakirə edilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR