Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 May

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 May
# 11 may 2016 18:10 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

MHP-nin qurultayı nə üçün önəmlidir? Türkiyədə prezident üsul-idarəsinin bərqərar olmasının taleyi müəyyən qədər bu qurultaydan asılıdır. AKP-nin ölkənin siyasi quruluşunu dəyişmək üçün yetərli parlament gücü yoxdur. Prezident üsul-idarəsinin bərqərar olması üçün AKP ən az 330 millət vəkilinə ehtiyac duyur. Bunun üçün münasibət vaxtda növbədənkənar seçkilərin keçirilməsi şərtdir. Davudoğlunun istefaya göndərilməsi, partiya rəhbərliyində ildırım sürətli dəyişiklik həm də bu məqamla əlaqəlidir. Hesablar belədir - son seçkilərdə 10 faizlik baryeri güclə keçən MHP növbəti seçkilərdə parlamentdə təmsil oluna bilməyəcək və AKP bunun hesabına millət vəkillərinin sayını 316-dan asanlıqla 330-a, hətta 367-yə çıxaracaq. MHP-nin baryeri keçə bilməməsi üçün bütün zəruri şərtlər var - partiya daxilində ciddi parçalanma var, MHP-nin “ağır topları” Baxçalıya üsyan edir, vilayət təşkilatlarının əksəriyyəti buraxılıb. AKP ələ düşməyəcək bu fürsəti dəyərləndirməkdə maraqlıdır. Amma... bu ssenarinin gerçəkləşməsi yolunda tək əngəl var – MHP-də lider dəyişikliyi. Əgər partiyanın qurultayı çağırılsa, nizamnamədə dəyişiklik edilsə və yeni sədr seçkiləri keçirilsə, Baxçalı erası böyük ehtimalla bitmiş olacaq. Bu isə MHP-nin yeni liderlə seçkilərdə yüksəlişi, “əsa partiya” statusundan çıxması, AKP-nin gizli parlament dəstəyindən məhrum olması deməkdir. Bu həm də AKP-nin prezident üsul-idarəsinə keçid planlarının arxivə atılması anlamına gəlir. Belə olan təqdirdə Ali Məhkəmənin MHP qurultayı ilə bağlı təxir qərarından məmnun qalan iki tərəf var - AKP və Dövlət Baxçalı...

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR