AFFA “Neftçi” klubunu cəzalandırıb

 AFFA “Neftçi” klubunu cəzalandırıb
# 26 noyabr 2013 12:22 (UTC +04:00)

Bakı - APA. AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XIV turunun qarşılaşmalarında baş verən qanun pozuntularına hüquqi qiymət verilib.


AZAL-la ev oyununun 33-cü dəqiqəsində “Qəbələ” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub. “Bakı” – “Xəzər Lənkəran” matçı başa çatdıqdan sonra qonaqların baş məşqçisi Con Toşak oyunsonrası keçirilən mətbuat konfransında iştirak etmədiyi üçün cənublular 1000 manat ziyana düşüb.

İntizam Komitəsinin əsas müzakirə mövzusu isə “İnter” – “Neftçi” görüşü olub. Qonaqlar 4, meydan sahibləri 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubların hərəsi 1000 manat ödəməli olacaq. Oyununun 63-cü dəqiqəsində “Neftçi”nin yarımmüdafiəçisi Flavio Aleks Valensio aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna görə futbolçu 2 oyunluq cəzalanıb, klubunu 2000 manat xərcə salıb. Qarşılaşma başa çatdıqdan sonra “Neftçi”nin müdafiəçisi Denis Silva Kruzun “İnter”in legioneri Meza Kolli Derlisə qarşı aqressiv hərəkətinə görə braziliyalı 3 oyunluq cəzalanıb, “ağ-qaralar” 3000 manat cərimə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR