Azərbaycanda ötən il taxıl sahələrində baş verən yanğınlar nəticəsində kənd təsərrüfatına 1 milyon manata yaxın ziyan dəyib - FOTO - VİDEO

Azərbaycanda ötən il taxıl sahələrində baş verən yanğınlar nəticəsində kənd təsərrüfatına 1 milyon manata yaxın ziyan dəyib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 aprel 2014 12:12 (UTC +04:00)

Dövlət Yanğın Nəzarəti Xidmətindən APA-ya verilən məlumata görə, belə bir tədbirlər biri bu gün Ağdam rayonunda baş tutub. «Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi» mövzusunda keçirilən regional seminar-müşavirədə rayon icra hakimiyyətləri, bələdiyyə, Meşə Mühafizəsi və Bərpası müəssisələri, fermer təsərrüfatları nümayəndələri iştirak edib.

Seminar-müşavirədə Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyev qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıdan duran vəzifələr barədə danışıb. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin, digər qurumların həyata keçirdiyi məqsədyönlü qabaqlayıcı tədbirlərə baxmayaraq mövsüm ərzində siqaret çəkilən zaman ehtiyatsızlıq, uşaqların odla ehtiyatsız davranışı, texnikaların hərəkət hissələrinin və detallarının dağılması, hərəkətli mexanizmlərə kənar əşyaların düşməsi, elektrik avadanlıqlarının texniki istismar qaydalarının pozulması, nəqliyyat vasitələri sistemlərinin, mexanizmlərinin və hissələrinin, qığılcımsöndürən qurğuların nasazlığı, təndirdən və ocaqdan düşən qığılcım, sobaların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması, biçilmiş sahələrin yandırılması, elektrik avadanlıqlarının quraşdırılması qaydalarının pozulması səbəbindən 2013-cü ildə respublika ərazisində 35 ton dənli, texniki və paxlalı bitki, 2702 ton yem, dənli, texniki və paxlalı bitki əkilmiş 666 hektar sahə yanaraq məhv olub. Yem məhsullarının yanması nəticəsində 739 min manat, texniki və paxlalı bitki əkilmiş sahələrin yanması nəticəsində isə kənd təsərrüfatı zəhmətkeşlərinə 231 min manat maddi ziyan dəyib.

Müşavirədə yanğınların statistikası və təhlilinə istinad edilərək yanğınların baş verdiyi yerlərdə ilkin yanğınsöndürmə vasitələrinin olmaması, insanların bu vasitələrin təyinatını bilməməsi və onlardan düzgün istifadə etməmələri yanğınların genişlənməsinin başlıca səbəblərindən biri kimi qiymətləndirilib və ilkin yanğınsöndürmə vasitələrinin, o cümlədən avtomatik yanğınsöndürmədə yeni texnologiya olan Tailandda istehsal olunmuş avtomatik yanğınsöndürmə topunun texniki xüsusiyyətləri, istifadə qaydası haqqında ətraflı söhbət açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR