ATƏT-in Minsk Qrupunun həmsədri: “Dağlıq Qarabağ münaqişəsində status-kvo vəziyyəti qəbul oluna bilməz” - APA TV

ATƏT-in Minsk Qrupunun həmsədri: “Dağlıq Qarabağ münaqişəsində status-kvo vəziyyəti qəbul oluna bilməz” - <span style="color: red;">APA TV
# 15 may 2013 11:53 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. “Azərbaycan 20 illik müstəqilliyi ərzində təhsil, həyat səviyyəsinin yüksəlməsi, qadın hüquqlarının müdafiəsi insan alverinə qarşı mübarizə sahəsində əhəmiyyətli uğurlar əldə edib”. APA-nın məlumatına görə, bu fikirləri ATƏT-in Minsk Qrupunun müvəqqəti həmsədri, ABŞ-ın ATƏT yanında missiyasının rəhbəri Yan Kelli ATƏT Daimi Şurasının toplantısında deyib.

Həmsədr Azərbaycanı Birləşmiş Ştatların mühüm tərəfdaşı adlandırıb: “Biz Azərbaycanı uğurlu, demokratik, çiçəklənən, təhlükəsiz və suveren ölkə kimi görmək istəyirik”.

Yan Kelli ABŞ-ın Azərbaycan hökumətinin bu il keçirilən etiraz aksiyalarına reaksiyasından, o cümlədən siyasi fəalların həbsi və istintaqa cəlb olunmasından, vətəndaş cəmiyyəti və siyasi partiyalara təzyiqindən, Açıq Fikir Universitetinin bağlanmasından narahatlıq keçirdiyini bildirib.

Çıxışında ATƏT-in Bakı Ofisinin statusu məsələsinə toxunan Yan Kelli bildirib ki, bu ofis Azərbaycanda islahatlar proqramının həyata keçirilməsinə əhəmiyyətli töhfə verib: “ABŞ indiki mandatın saxlanmasına və ATƏT-in Bakı Ofisinin fəaliyyətinə tam dəstək verdiyini bəyan edir. Ümidvarıq ki, Azərbaycan Ofisin yerlərdə etibarlı şəkildə təmsilçiliyini təmin etməkdə davam edəcək. Biz hökuməti israrla konstruktiv dialoqa başlamağa və bu məsələni ATƏT-in iş qrafikinə uyğun olaraq vaxtında həll etməyə çağırırıq”.

Yan Kelli qeyd edib ki, dondurulmuş münaqişələrin nizamlanması prosesinə dəstək daim ATƏT-in gündəmində qalmalıdır: “ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün tərəflərlə sıx əlaqədə işi davam etdirəcək. Status-kvo vəziyyəti qəbul oluna bilməz. Danışıqlarda tərəqqiyə nail olmaq vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR