İran-AEBA danışıqları gələn il yanvarın 21-də keçiriləcək

İran-AEBA danışıqları gələn il yanvarın 21-də keçiriləcək
# 12 dekabr 2013 09:49 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında növbəti nüvə danışıqlarının yeri və vaxtı məlum olub.

APA-nın İRNA-ya istinadən məlumatına görə, tərəflər bununla bağlı birgə bəyanat yayıblar.

Sənəddə bildirilir ki, dekabrın 11-də İranla AEBA arasında Vyanada keçirilmiş görüş konstruktiv və səmərəli olub: “Hər iki tərəf noyabrın 11-də Tehranda razılaşdırılmış əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş 6 proqramın icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Həmin əməkdaşlıq çərçivəsində dekabrın 8-də Ərak ağır su nüvə reaktoruna texniki baxış keçirilib. Bu baxımdan İranla AEBA arasında nüvə müzakirələrinin növbəti mərhələsinin 2014-cü il yanvarın 21-də Tehranda keçirilməsi qərara alınıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR