Benilüks Azərbaycanlıları Konqresinin yeni ofisinin açılışı olub

Benilüks Azərbaycanlıları Konqresinin yeni ofisinin açılışı olub
# 30 may 2014 10:23 (UTC +04:00)

Bakı-APA. Benilüks Azərbaycanlıları Konqresi (BAK) Avropa Birliyinin paytaxtı Brüssel şəhərində yerləşən mənzil qərargahının rəsmi açılışını edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təşkilatın mənzil qərargahı Brüsselin məşhur "Qrand Plaza" Meydanı dairəsində yerləşir. Yeni ofisin rəsmi açılışında Brüsseldə akkreditə olunmuş diplomatlar, siyasətçilər, Azərbaycan, Turkiyə, Ukrayna və yəhudi diaspor təşkilatlarının rəhbərləri, mətbuat nümayəndələri iştirak edib.

Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov qonaqları salamlayaraq təşkilat üzvlərini BAK-ın Brüsseldəki mənzil qərargahının açılışı münasibətilə təbrik edib. O, təşkilatın bundan sonra Belçika və Luksemburqda da aktiv fəaliyyət göstərəcəyini vurğulayıb.

Daha sonra tədbirdə Benilüks Azərbaycanlıları Konqresinin Brüsseldəki mənzil qərargahının açılışı münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun təbrik məktubu oxunub.

Tədbirdə çıxış edən Azərbaycanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov Benilüks Azərbaycanlıları Konqresini əldə etdiyi nailiyyətlərə görə təbrik edib və təşkilatın lobbiçilik istiqamətində inamla addımladığını xüsusi qeyd edib.

İslam Əməkdaşlıq Konfransının Avropa Birliyindəki Nümayəndəliyinin rəhbəri Arif Məmmədov BAK rəhbərliyini və üzvlərini təbrik edərək təşkilatın Avropa Birliyi ölkələrindəki fəaliyyətindən bəhs edib və sonrakı işlərində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR