Azərbaycanın NATO ilə birgə əməliyyatlar üçün təyin etdiyi taborun mayda qiymətləndirmə təlimi keçiriləcək

Azərbaycanın NATO ilə birgə əməliyyatlar üçün təyin etdiyi taborun mayda qiymətləndirmə təlimi keçiriləcək
# 12 fevral 2014 15:30 (UTC +04:00)

APA-nın məlumatına görə, qiymətləndirmə təlimi mayın 5-dən 8-dək NATO ekspertlərinin iştirakı ilə reallaşacaq.

Təlimdə taborun şəxsi heyətinin verilmiş müxtəlif tapşırıqların icrası NATO ekspertləri tərəfindən qiymətləndiriləcək.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin OCC taboru NATO qüvvələri ilə birgə əməliyyatlar üçün nəzərdə tutulur. Azərbaycan tərəfi 2015-ci ildə OCC taborunu briqada səviyyəsinə çatdırmaq niyyətindədir. Bununla bağlı olaraq mövcud OCC taboru, sülhməramlı taborun birləşdirilməsi, habelə yeni – üçüncü taborun yaradılması nəzərdə tutulur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR