Nursultan Nazarbayev İlham Əliyevi təbrik edib

Nursultan Nazarbayev İlham Əliyevi təbrik edib
# 10 oktyabr 2013 13:21 (UTC +04:00)

Bakı – APA. Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

APA-nın məlumatına görə, Qazaxıstan prezidenti İ. Əliyevi prezident seçkilərində qazandığı böyük qələbə münasibətilə təbrik edib, ölkənin gələcək inkişafı naminə prezidentlik fəaliyyətində ona uğurlar arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Qazaxıstan prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan və Qazaxıstan arasında dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR